Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
"Report"un məlumatına görə, bununla da yarımfinalın iştirakçıları bəlli olacaq.
Eyni saatda start götürəcək matçlarda İngiltərə "Mançester Yunayted"i İspaniyada "Sevilya"nın, İtaliya "Yuventus"u Portuqaliyada "Sportinq"in, Almaniya "Bayer"i Belçikada "Union"un, Niderland "Feyenoord"u isə İtaliyada "Roma"nın qonağı olacaq.
UEFA Avropa Liqası
1/4 final, cavab oyunları
20 aprel
23:00. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
İlk oyun - 2:2
23:00. "Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya)
İlk oyun - 0:1
23:00. "Union" (Belçika) - "Bayer" (Almaniya)
İlk oyun - 1:1
23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland)
İlk oyun - 0:1
Qeyd edək ki, yarımfinalda "Sportinq" - "Yuventus" / "Sevilya" - "Mançester Yunayted" və "Roma" - "Feyenoord" / "Union" - "Bayer" cütünün qalibləri üz-üzə gələcəklər.