Avropa Liqası: "Dinamo" və "Latsio" məğlub olub, "Atalanta" qələbə qazanıb

Avropa Liqası: "Dinamo" və "Latsio" məğlub olub, "Atalanta" qələbə qazanıb UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.
Futbol
18 Fevral , 2022 01:55
Avropa Liqası: Dinamo və Latsio məğlub olub, Atalanta qələbə qazanıb

UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlara yekun vurulub.

"Report"un məlumatına görə, son olaraq 4 qarşılaşma oynanılıb.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası İspaniyada "Sevilya"nın qonağı olub. Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub. Emreli görüşün 57-ci dəqiqəsində Deni Yuriçin əvəzinə meydana daxil olub.

"Atalanta" İtaliyada Yunanıstan "Olimpiakos"unu qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Portu" Portuqaliyada İtaliyanın "Latsio" klubunu eyni hesabla yenib.

İspaniyanın "Real Sosyedad" komandası Almaniyada "Leyptsiq"lə bərabərə qalıb - 2:2.

17 fevral

UEFA Avropa Liqası

Pley-off mərhələsi

00:00. "Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:1

00:00. "Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) - 2:1

00:00. "Leyptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya) - 2:2

00:00. "Portu" (Portuqaliya) - "Latsio" (İtaliya) - 2:1

21:45. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) - 1:1

21:45. "Zenit" (Rusiya) - "Betis" (İspaniya) - 2:3

21:45. "Şerif" (Moldova) - "Braqa" (Portuqaliya) - 2:0

21:45. "Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya) - 2:4

Qeyd edək ki, cavab qarşılaşmaları bir həftə sonra olacaq.

23:48

UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.

"Report" xəbər verir ki, ilk olaraq 4 oyun keçirilib.

"Barselona" İspaniyada İtaliya "Napoli"sini qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Qonaqların heyətində 29-cu dəqiqədə Pyotr Zelinski hesabı açıb. Kataloniya təmsilçisində Ferran Torres 59-cu dəqiqədə penaltidən bərabərlik qolunu vurub.

Günün gözlənilməz nəticəsi Almaniyada qeydə alınıb. Şotlandiya "Reyncers"i Dortmund "Borussiya"sını 4:2 hesabı ilə yenib.

"Zenit" Rusiyada İspaniyanın "Betis" komandasına 2:3, Portuqaliya "Braqa"sı Moldovada "Şerif"ə 0:2 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi