Avropa Liqası: "Ayntraxt"ın qapıçısı həftənin ən yaxşı oyunçusu seçilib

Avropa Liqası: "Ayntraxt"ın qapıçısı həftənin ən yaxşı oyunçusu seçilib UEFA Avropa Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Futbol
19 may 2022 13:23
Avropa Liqası: Ayntraxtın qapıçısı həftənin ən yaxşı oyunçusu seçilib

UEFA Avropa Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

"Report" xəbər verir ki, bu ada Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasının qapıçısı Kevin Trapp layiq görülüb.

32 yaşlı qolkiper Şotlandiya "Reyncers"inə qalib gəldikləri həlledici görüşdə 5 qurtarışla yadda qalıb.

Qeyd edək kİ, "Ayntraxt" əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında qalib olub - 5:4.

Son xəbərlər

Orphus sistemi