Avropa Liqası: "Atletiko" "Lokomotiv"i darmadağın edib, "Milan" "Arsenal"a uduzub

Avropa Liqası: "Atletiko" "Lokomotiv"i darmadağın edib, "Milan" "Arsenal"a uduzub Bakı. 8 mart. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
Futbol
8 Mart , 2018 23:58
Avropa Liqası: Atletiko Lokomotivi darmadağın edib, Milan Arsenala uduzub

Bakı. 8 mart. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

"Report" xəbər verir ki, ilk oyunlardan 4-ü artıq yekunlaşıb.

Bu görüşlərin 3-də qonaqlar qələbə qazanıblar. Daha çox diqqət mərkəzində olan qarşılaşmada İngiltərə "Arsenal"ı İtaliyada "Milan" üzərində inamlı qələbə qazanıb. Bununla da "topçular" növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin ediblər.

Fransa "Lion"u Rusiyanın paytaxtı Moskvada MOİK-i, Avstriya "Zalsburq"u isə Almaniyanın Dortmund şəhərində "Borussiya"nı minimal fərqlə yenib. Meydan sahiblərindən yalnız İspaniya "Atletiko"su qalib gəlib. Dieqo Simeonenin baş məşqçi olduğu komanda Rusiyanın digər təmsilçisi "Lokomotiv"i darmadağın edib.

Avropa Liqası

1/8 final, ilk oyunlar

8 mart

22:00."Milan" (İtaliya) - "Arsenal" (İngiltərə) - 0:2

Qollar: Henrik Mxitaryan, 16. Aron Remzi, 90+4

22:00. "Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Moskva, Rusiya) - 3:0

Qollar: Saul, 22. Dieqo Kosta, 47. Koke, 90

22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya) - 1:2

Qollar: Andre Şürrle, 62 - Valon Berişa, 49-penalti; 56

22:00. MOİK (Moskva, Rusiya) - "Lion" (Fransa) - 0:1

Qol: Marselo, 68

Daha 4 oyun saat 00:05-də start götürəcək. Cavab görüşləri martın 15-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi