Avropa Liqası: 1/16 finala yüksələn klubların sayı 13-ə çatıb - YENİLƏNİB-2

Avropa Liqası: 1/16 finala yüksələn klubların sayı 13-ə çatıb - YENİLƏNİB-2 UEFA Avropa Liqasında V tura yekun vurulub.
Futbol
371
29 Noyabr , 2019 02:12
Avropa Liqası: 1/16 finala yüksələn klubların sayı 13-ə çatıb  - YENİLƏNİB-2

UEFA Avropa Liqasında V tura yekun vurulub.

"Report"un məlumatına görə, son 10 qarşılaşmanın yekununda daha 5 komanda adını 1/16 finala yazdırıb. Bunlar Kipr APOEL-i, Portuqaliya "Sportinq"i və Avstriya LASK-ıdır.

Turun əvvəlki qarşılaşmalarından sonra Almaniyanın "Volfsburq", Belçikanın "Gent", Portuqaliyanın "Braqa", İngiltərənin "Vulverhempton" və Hollandiyanın AZ klubları da mərhələ adlayıb.

Ötən tur isə bu hüquqa İspaniya "Sevilya"sı və "Espanyol"u, İsveçrə "Bazel"i, Şotlandiya "Seltik"i və İngiltərə "Mançester Yunayted"i yiyələnmişdi.

Beləliklə, 1/16 finala yüksələnlərin sayı 13-ə çatıb. Son turda Avropa Liqasından qalan 11 vəsiqənin taleyinə aydınlıq gələcək.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

28 noyabr

A qrupu

24:00. "Sevilya" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 2:0

Qollar: Brayan Xil, 61. Munas Dabbur, 90+2

24:00. "Düdelanj" (Lüksemburq) - APOEL (Kipr) - 0:2

Qollar: Uroş Matiç, 12 (pen.). Giorqos Merkis, 43

Xal durumu: "Sevilya" - 15, APOEL - 7, "Qarabağ" - 4, "Düdelanj" - 3.

B qrupu

24:00. "Luqano" (İsveçrə) - "Kopenhagen" (Danimarka) - 0:1

Qol: Nikolay Tomsen, 27

24:00. "Malmö" (İsveç) - "Dinamo" (Kiyev, Ukrayna) - 4:3

Qollar: Rasmus Benqtsson, 2. Markus Rosenberq, 48; 90+6. Erdal Rakip, 57 - Vitali Nikolenko, 18. Viktor Tsıqankov, 39. Benjamin Verbiç, 77

Qırmızı vərəqə: Sergey Sidorçuk, 65 ("Dinamo")

Xal durumu: "Kopenhagen" - 9, "Malmö" - 8, "Dinamo" - 6, "Luqano" - 2

C qrupu

19:50. "Trabzonspor" (Türkiyə) - "Xetafe" (İspaniya) - 0:1

Qol: Xayme Mata, 50

19:50. "Krasnodar" (Rusiya) - "Bazel" (İsveçrə) - 1:0

Qol: Ari, 72 (pen.)

Xal durumu: "Bazel" - 10, "Krasnodar" - 9, "Xetafe" - 9, "Trabzonspor" - 1.

D qrupu

24:00. "Rusenborq" (Norveç) - LASK (Avstriya) - 1:2

Qollar: Byorn Yonsen, 45 - Tomas Qoyginger, 20. Dominik Frezer, 54

24:00. "Sportinq" (Portuqaliya) - PSV (Hollandiya) - 4:0

Qollar: Luis Felipe, 9. Brunu Fernandeş, 16; 64 (pen.). Jeremi Matyö, 43

Xal durumu: "Sportinq" - 12, LASK - 10, PSV - 7, "Rusenborq" - 0

E qrupu

24:00. "Latsio" (İtaliya) - ÇFR (Rumıniya) - 1:0

Qol: Xoakin Korrea, 25

24:00. "Seltik" (Şotlandiya) - "Renn" (Fransa) - 3:1

Qollar: Lüis Morqan, 22. Rayan Kristi, 45+1. Miki Conston, 74 - Adrian Hunu, 89

Xal durumu: "Seltik" - 13, ÇFR - 9, "Latsio" - 6, "Renn" - 1.

F qrupu

24:00. "Gimaraynş" (Portuqaliya) - "Standard" (Belçika) - 1:1

Qollar: Andre Pereyra, 45+2 - Maksim Lestyen, 40 (pen.)

24:00. "Arsenal" (İngiltərə) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 1:2

Qollar: Pyer-Emerik Obameyanq, 45+1 - Dayşi Kamada, 55; 64

Xal durumu: "Arsenal" - 10, "Ayntraxt" - 9, "Standard" - 7, "Gimaraynş" - 2.

G qrupu

21:55. "Feyenoord" (Hollandiya) - "Reyncers" (Şotlandiya) - 2:2

Qollar: Yens Toornstra, 33. Luis Sinisterra, 68 - Alfredo Morelos, 53; 65

21:55. "Yanq Boyz" (İsveçrə) - "Portu" (Portuqaliya) - 1:2

Qollar: Kristian Fassnaxt, 6 - Vensan Abubakar, 76; 79

Xal durumu: "Reyncers" - 8, "Portu" - 7, "Yanq Boyz" - 7, "Feyenoord" - 5.

H qrupu

21:55. "Ferentsvaroş" (Macarıstan) - "Espanyol" (İspaniya) - 2:2

Qollar: David Siger, 23. Mixal Şkvarka, 90+1 - Oskar Melendo, 31. Serji Darder, 90+6

Qırmızı vərəqə: Eldar Çiviç, 90+4

İstifadə olunmamış penalti: İsael, 77 ("Ferentsvaroş")

21:55. MOİK (Moskva, Rusiya) - Lüdoqorets" (Bolqarıstan) - 1:1

Qollar: Fyodor Çalov, 76 - Klaudiu Keşerü, 66

Xal durumu: "Espanyol" - 11, "Lüdoqorets" - 7, "Ferentsvaroş" - 6, MOİK - 2

I qrupu

21:55. "Aleksandriya" (Ukrayna) - "Volfsburq" (Almaniya) - 0:1

Qollar: Vaut Veqhorts, 45+1 (pen.)

21:55. "Sent-Etyen" (Fransa) - "Gent" (Belçika) - 0:0

Xal durumu: "Gent" - 9, "Volfsburq" - 8. "Sent-Etyen" - 4, "Aleksandriya" - 3.

J qrupu

21:55. "Volfsberq" (Avstriya) - "Borussiya" (Mönxenqladbax, Almaniya) - 0:1

Qol: Lars Ştindl, 60

21:55. "Başakşehir" (Türkiyə) - "Roma" (İtaliya) - 0:3

Qollar: Jordan Veretu, 30 (pen.). Castin Klüvert, 41. Edin Ceko, 45+1

Xal durumu: "Borussiya" - 8, "Roma" - 8, "Başakşehir" - 7, "Volfsberq" - 4.

K qrupu

21:55. "Braqa" (Portuqaliya) - "Vulverhempton" (İngiltərə) - 3:3

Qollar: Andre Horta, 6. Paulinyu, 65. Franserjio, 79 - Raul Ximenes, 14. Mett Doherti, 34. Adama Traore, 35

21:55. "Beşiktaş" (Türkiyə) - "Slovan" (Bratislava, Slovakiya) - 2:1

Qollar: Entso Roko, 75. Adem Lyayiç, 90+2 (pen.) - Erik Daniel, 35

Xal durumu: "Braqa" - 11, "Vulverhempton" - 10, "Slovan" - 4, "Beşiktaş" - 3.

L qrupu

19:50. "Astana" (Qazaxıstan) - "Mançester Yunayted" (İngiltərə) - 2:1

Qollar: Dmitri Şomko, 55. Di Şon Bernar, 62 (öz qap.) - Cesse Linqaard, 10

21:55. AZ (Hollandiya) - "Partizan" (Serbiya) - 2:2

Qollar: Ferdi Droyf, 88; 90+2 - Takuma Asano, 16. Seyduba Suma, 27

Qırmızı vərəqə: Miron Boadu, 83 (AZ)

Xal durumu: "Mançester Yunayted" - 10, AZ - 9, "Partizan" - 5, "Astana" - 3.


***00:14

UEFA Avropa Liqasında V turun daha 11 oyunu keçirilib.

"Report"un məlumatına görə, Türkiyə təmsilçilərindən "Trabzonspor"un ardından "Başakşehir" də öz meydanında uduzub - 0:3. İstanbul komandası İtaliya "Roma"sı ilə matçda yenilərək, J qrupunda liderliyini əldən verib. Qarşılaşmanın ikinci hissəsində tribunadan meydana kənar əşyaların atılması nəticəsində qonaqlardan Manuel Pelleqrinin başı yarılıb. Nəticədə meydanda bir neçə dəqiqəlik fasilə yaranıb. Baş hakim UEFA nümayəndəsi ilə məsləhətləşdikdən sonra görüşü davam etdirib. Qarşılaşmanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da izləyib.

Qrupun digər matçında Almaniyanın "Borussiya" (Monhenqladbax) komandası Avstriyada "Volfsberq"ə qalib gələrək, 8 xalla liderliyə yüksəlib. Eyni xala malik "Roma" 2-cidir. "Başakşehir" 7 xalla 3-cü, qrupda qalan "Volfsberq" isə 4 xalla sonuncudur.

"Beşiktaş" isə evdə Slovakiya "Slovan"ı üzərində əzmkar qələbə qazanıb. Bununla da "qartallar" ilk dəfə meydanı məğlubiyyətsiz tərk etməyi bacarıblar. Lakin bu nəticə Türkiyə təmsilçisinin mərhələ adlamasına yardımçı olmayıb.

Əvəzində növbəti mərhələyə daha 5 komanda yüksəlib. Bunlar I qrupundan Almaniyanın "Volfsburq" və Belçikanın "Gent", K qrupundan Portuqaliyanın "Braqa" və İngiltərənin "Vulverhempton", L qrupundan isə Hollandiyanın AZ klublarıdır. 


***21:44

UEFA Avropa Liqasında V turun ilk 3 matçı keçirilib.

"Report"un məlumatına görə, qarşılaşmalardan 2-si C qrupunda oynanılıb. "Krasnodar" Rusiyada "Bazel"ə, İspaniya "Xetafe"si ilə Türkiyədə "Trabzonspor"a eyni hesabla qalib gəlib - 1:0. L qrupunda isə "Astana" Qazaxıstanda İngiltərə "Mançester Yunayted"i üzərində əzmkar qələbə qazanıb - 2:1.

Lakin bu nəticələrin heç biri komandaların öz qruplarındakı mövqelərinə təsir etməyib. "Bazel" 10 xalla 1-ci pillədə qalıb. "Krasnodar" və "Xetafe" hərəyə 9 xalla 2-3-cü yerləri bölüşür. 1 xala malik "Trabzonspor" isə qrupda qalıb.

"Mançester Yunayted" isə 10 xalla qrup lideridir və 1/16 finala vəsiqəni hələ ötən tur təmin edib. "Astana" isə ilk qələbə sayəsində 3 xal əldə etsə də, yenə qrup sonuncusudur və mərhələ şansını ötən tur itirib.

Son xəbərlər

Orphus sistemi