Avropa kuboklarında 2017-2018 mövsümünə start verilib

Avropa kuboklarında 2017-2018 mövsümünə start verilib Çempionlar Liqasının I təsnifat mərhələsinin 4 oyunu keçirilib
Futbol
103
28 İyun , 2017 00:12
Avropa kuboklarında 2017-2018 mövsümünə start verilib

Bakı. 28 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa kuboklarında 2017/2018 mövsümünə start verilib.

"Report"un məlumatına görə, bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk 5 oyunundan 4-ü keçirilib. Qarşılaşmalardan 3-də meydan sahibləri qələbə qazanıb. Yalnız Cəbəllütariqin "Europa" komandası Uelsdə TNS-ə qalib gəlməyi bacarıb.

Vaxtilə "Neftçi"də çıxış etmiş Dmitri Kruqlov və Vladimir Voskoboynikovun formasını geyindiyi Estoniya "Tallin"i isə Maltada "Hibernians"a 2 top fərqi ilə uduzaraq, növbəti mərhələ şanslarını çətinləşdirib. Kruqlov sonadək, Voskoboynikov 75-ci dəqiqədən sonra meydanda olub. Qalan oyunlarda 1 top fərqi qeydə alınıb.

27 iyun

Çempionlar Liqası, I təsnifat mərhələsi

"Alaşkert" (Ermənistan) - "Santa Koloma" (Andorra) - 1:0

Qol: Uros Nenadoviç, 39

"Hibernians" (Malta) - "Tallin" (Estoniya) - 2:0

Qollar: Jorjinyo, 63. Byorn Kristensen, 73

Vurulmayan penalti: Kirill Nesterov, 5 ("Tallin")


TNS (Uels) - "Europa" (Cəbəllütariq) - 1:2

Qollar: Skott Kiqli, 44 - Aleks Kilyo, 8. Kike Qomes, 78


"Vikinqur" (Farer adaları) - "Trepça" (Kosova) - 2:1

Qollar: Qunnar Vatnhamar, 17. Adeşina Laval, 73 - Fiton Haydari, 39


28 iyun

22:45. "Linfild" (Şimali İrlandiya) - "Fiorta" (San Marino)

Qeyd edək ki, cavab görüşləri 4-5 iyulda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi