Avropa Klublar Birliyinin İcraiyyə Komitəsinə yeni təyinatlar olub

Avropa Klublar Birliyinin İcraiyyə Komitəsinə yeni təyinatlar olub Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Komitəsinə yeni təyinatlar olub.
Futbol
7 Sentyabr , 2021 14:40
Avropa Klublar Birliyinin İcraiyyə Komitəsinə yeni təyinatlar olub

Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Komitəsinə yeni təyinatlar olub.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə "Tottenhem"inin prezidenti Deniel Levi, İspaniyanın "Atletiko" (Madrid) klubunun icraçı direktoru Anhel Gil Marin və İtaliya "İnter"inin icraçı direktoru Alessandro Antonello komitəyə üzv seçiliblər.

Seçkilər ECA-nın Cenevrədə keçirilən Baş Assambleyasında gerçəkləşib.

2020/2021 mövsümündə qurumun tərkibində 234 klub olub. Rəsmi saytda qeyd olunub ki, ECA Avropa səviyyəsində futbol klublarını birbaşa təmsil edən yeganə müstəqil qurumdur.

Son xəbərlər

Orphus sistemi