Avropa çempionatlarının penaltiləri: şanslılar və bəxtsizlər

Avropa çempionatlarının penaltiləri: şanslılar və bəxtsizlər UEFA Avropa çempionatları tarixində penaltilərlə bağlı statistikanı açıqlayıb.
Futbol
28 İyul , 2020 12:42
Avropa çempionatlarının penaltiləri: şanslılar və bəxtsizlər

UEFA Avropa çempionatları tarixində penaltilərlə bağlı statistikanı açıqlayıb.

"Report"un məlumatına görə, indiyədək turnirin final mərhələsində ümumilikdə 70 dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub.

Bunlardan 52-si (74 faiz) qolla nəticələnib, 13-də (19 faiz) qapıçılar inamlı oynayıb, 5 zərbə (9 faiz) isə qeyri-dəqiq alınıb.

Avropa çempionatlarında penaltidən ən çox qol vuran futbolçular

Alan Şirer (İngiltərə, AVRO-1996, AVRO-2000) - 2

Boqdan Stanku (Rumıniya, AVRO-2016) - 2

Frank Arnesen (Danimarka, AVRO-1984) - 2

Qaiska Mendyeta (İspaniya, AVRO-2000) - 2

Zinəddin Zidan (Fransa, AVRO-2000, AVRO-2004) - 2

Qapısına ən çox penalti təyin olunan qapıçılar

Fabian Bartez (Fransa, AVRO-2000, AVRO-2004) - 5 (3-ü qol olub, 1-i dəf edilib, 1-i qeyri-dəqiq alınıb)

Harald Şumaxer (Almaniya, AVRO-1980, AVRO-1984) - 3 (2-si qol olub, 1-i dəf edilib)

Uqo Lyoris (Fransa, AVRO-2012, AVRO-2016) - 3 (hər 3-ü qol olub)

Manuel Noyer (Almaniya, AVRO-2012, AVRO-2016) - 3 (hər 3-ü qol olub)

Ən yaxşı göstərici

Françesko Toldo (İtaliya, AVRO-2000) 2/2 (1-i dəf edilib, 1-i qeyri-dəqiq alınıb)

Ən çox penalti təyin olunan oyun

İspaniya - İngiltərə - 1:2 (AVRO-1980) - 2 (1-i qol olub, 1-i dəf edilib)

Eyni Avropa çempionatında təyin olunan ardıcıl penaltilər

Danimarka - Yuqoslaviya, Danimarka - Belçika (AVRO-1984)

Danimarkalıların heyətində hər 2 penaltini Frank Arnesen dəqiq yerinə yetirib.

Rumıniya - Fransa, Rumıniya - İsveçrə (AVRO-2016)

Rumıniyalıların heyətində hər 2 penaltini Boqdan Stanku dəqiq yerinə yetirib.

Penaltidən qol vuran ən gənc futbolçu

Tomas Brolin (İsveç, AVRO-1992) - 22 yaş 205 gün

Penaltidən qol vuran ən yaşlı futbolçu

İvitsa Vastiç (Avstriya, AVRO-2008) - 38 yaş 257 gün

Avropa çempionatları tarixində təyin olunmuş 70 penaltidən 55-i sağ ayaqla yerinə yetirilib ki, bunların da 40-ı dəqiq olub. 11 zərbəni qapıçılar zərərsizləşdirib. 4-ü isə "çərçivə"yə düşməyib.

15 penalti zərbəsi zamanı isə topa solaxay oyunçular yaxınlaşıb. Onlardan 12-si qolla nəticələndiyi halda 2-də qolkiperlər inamlı oynayıblar. 1 penalti isə qeyri-dəqiq alınıb.

Ən tez təyin olunan penaltilər

AVRO-2016: İrlandiya - Fransa (1:2) - 2-ci dəqiqə

AVRO-2008: Xorvatiya - Avstriya (1:0) - 4-cü dəqiqə

AVRO-2016: İngiltərə - İslandiya (2:1) - 5-ci dəqiqə

Ən çox penalti qazanan milli komandalar

İspaniya - 10

Niderland - 7

İngiltərə - 4

Fransa - 4

Çexiya - 4

Almaniya - 4

Rumıniya - 4

İtaliya - 4

Qapısına ən çox penalti təyin olunan yığmalar

Almaniya - 11

Fransa - 10

İngiltərə - 6

İtaliya - 5

Qrup mərhələsi

Təyin olunan penalti sayı - 46

Qol - 35

Dəf edilən - 9

Qeyri-dəqiq - 2

1/8 final

Təyin olunan penalti sayı - 3

Qol - 2

Dəf edilən - 1

1/4 final

Təyin olunan penalti sayı - 7

Qol - 5

Dəf edilən - 1

Qeyri-dəqiq - 1

Yarımfinal

Təyin olunan penalti sayı - 10

Qol - 6

Dəf edilən - 2

Qeyri-dəqiq - 2

3-cü yer uğrunda oyunlar

Təyin olunan penalti sayı - 2

Qol - 2

Final

Təyin olunan penalti sayı - 2

Qol - 2

Son xəbərlər

Orphus sistemi