Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində Kosovo ilə eyni qrupa düşüb - YENİLƏNİB

Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində Kosovo ilə eyni qrupa düşüb - YENİLƏNİB UEFA 54 yığmanı reytinqlərinə əsasən 6 səbətə bölüb
Futbol
26 Yanvar , 2017 12:23
Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində Kosovo ilə eyni qrupa düşüb - YENİLƏNİB

Bakı. 26 yanvar. REPORT.AZ/ 21 yaşadək futbolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, Azərbaycan yığması 5-ci qrupa düşüb. 

Rəqiblərdən biri Kosovo yığmasıdır. Digər rəqiblər  Almaniya, İsrail, Norveç və İrlandiyadır. 

Bütün qrupların tərkibi belə müəyyənləşib:

1 qrup

Çexiya

Xorvatiya

Yunanıstan

Moldova

Belarus

San Marino

2 qrup

İspaniya

Slovakiya

İslandiya

Albaniya

Estoniya

Şimali İrlandiya

3 qrup

Danimarka

Polşa

Finlandiya

Gürcüstan

Litva

Farer adaları

4 qrup

İngiltərə

Hollandiya

Ukrayna

Şotlandiya

Latviya

Andorra

5 qrup

Almaniya

İsrail

Norveç

İrlandiya

Azərbaycan

Kosova

6 qrup

İsveç

Belçika

Türkiyə

Macarıstan

Kipr

Malta

7 qrup

Serbiya

Avstriya

Rusiya

Makedoniya

Ermənistan

Cəbəllütariq

8 qrup

Portuqaliya

İsveçrə

Rumıniya

Uels

Bosniya və Herseqovina

Lixtenşteyn

İsveçrə

9 qrup

Fransa

Sloveniya

Monteneqro

Bolqarıstan

Qazaxıstan

Lüksemburq

******

iLK XƏBƏR 10:06-DA YAYIMLANIB

Bu gün 21 yaşadək futbolçulardan ibarət yığma komandalar (U-21) arasında 2019-cu il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkü atılacaq. "Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

UEFA 54 yığmanı reytinqlərinə əsasən 6 səbətə bölüb. Final mərhələsinə ev sahibliyi edəcək İtaliya seçmə mərhələdən azad edildiyi halda, digər təşkilatçı ölkə San Marinoya belə güzəşt edilməyib.

Azərbaycan sondan əvvəlki - E səbətində Litva, Ermənistan, Bosniya və Herseqovina, Belarus, Qazaxıstan, Kipr, Latviya, Estoniya ilə birgə yer alıb. Bu isə o deməkdir ki, U-21 yığması adıçəkilən ölkələrdən olan həmyaşıdları ilə bir qrupa düşməyəcək.

Avropa futbol qurumunun İcraiyyə və Fövqəladə Komitəsinin qərarına əsasən, İspaniya yığması Cəbəllütariqlə, Kosova isə Serbiya, həmçinin Bosniya və Herseqovina ilə qarşılaşa bilməz.

Püşkatmada yer alan səbətlərin tərkibi:

A səbəti: Almaniya, Portuqaliya, İngiltərə, İspaniya, Danimarka, Fransa, İsveç, Çexiya, Serbiya

B səbəti: Slovakiya, İsrail, Hollandiya, Avstriya, Xorvatiya, Belşika, Polşa, İsveçrə, Sloveniya

C səbəti: Ukrayna, Norveç, Rusiya, Türkiyə, Rumıniya, İslandiya, Yunanıstan, Çernoqoriya, Finlandiya

D səbəti: Uels, Bolqarıstan, Makedoniya, Gürcüstan, Macarıstan, İrlandiya, Şotlandiya, Moldova, Albaniya

F səbəti: Malta, Lüksemburq, Şimali İrlandiya, Farer adaları, San Marino, Andorra, Lixtenşteyn, Cəbəllütariq, Kosovo

E səbəti: Azərbaycan, Litva, Ermənistan, Bosniya və Herseqovina, Belarus, Qazaxıstan, Kipr, Latviya, Estoniya

Turnirin seçmə qrup mərhələsinin oyunları martın 20-də start götürəcək.

Seçmə qrup mərhələsinin təqvimi:

20 - 28 mart

5 - 13 iyun

28 avqust - 5 sentyabr

2 - 10 oktyabr

6 - 14 noyabr

19 - 27 sentyabr (2018)

3 - 11 oktyabr

8 - 16 oktyabr

Pley-off

12 - 20 noyabr (2018)

Qeyd edək ki, 9 qrupda ilk pilləni tutan 9 ölkə yığması birbaşa Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar. İkinci yeri tutanlardan birinci, üçüncü, dördüncü və beşinci yerdəki komandalarla oyunlardakı xalları nəzərə alınmaqla ən yaxşı göstəriciyə malik 4-ü isə "pley-off"a yüksələcək. Ev və səfər prinsipi ilə keçiriləcək "pley-off" qarşılaşmalarından sonra daha 2 komanda final mərhələsinə vəsiqə əldə edəcək. Beləliklə, 2019-cu il Avropa çempionatında təşkilatçı İtaliya ilə birgə 12 ölkə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi