Avropa çempionatının seçmə oyunu təxirə salındı

Avropa çempionatının seçmə oyunu təxirə salındı 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində bu gün keçirilməli olan İslandiya - İtaliya matçı təxirə salınıb.
Futbol
9 Oktyabr , 2020 18:43
Avropa çempionatının seçmə oyunu təxirə salındı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində bu gün keçirilməli olan İslandiya - İtaliya matçı təxirə salınıb.

"Report" İslandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, səbəb İtaliya yığmasında oyunçuların əksəriyyətinin koronavirusa yoluxmasıdır.

Futbolçular İslandiyaya girərkən koronavirus testindən keçib. Testlərin müəyyən hissəsi müsbət nəticələndiyi üçün bütün komanda təcrid olunub. Matçın taleyi növbəti testlərdən sonra bəlli olacaq.

Qeyd edək ki, İtaliya 1-ci qrupda 6 oyundan sonra 13 xalla ikinci, İslandiya isə 12 xalla üçüncü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi