Bakı. 23 sentyabr. REPORT.AZ/ AVRO 2020-nin 4 oyununun ev sahibi olacaq Bakının loqosunun təqdimat mərasimində Hollandiyanın əfsanəvi futbolçusu Ruud Qullit iştirak edəcək.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, keçmiş hücumçu xüsusi qonaq qismində dəvət olunub.
Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.
Qeyd edək ki, Ruud Qullit Hollandiya yığmasının heyətində AVRO-1988-in qalibi olub.