Avropa çempionatının oyunları Bilbaoda keçirilməyəcək

Avropa çempionatının oyunları Bilbaoda keçirilməyəcək Bilbao şəhərinin rəhbərliyi Avropa çempionatının oyunlarına ev sahibliyi etmək hüququndan imtina edib
Futbol
201
22 Aprel , 2021 00:34
Avropa çempionatının oyunları Bilbaoda keçirilməyəcək

İspaniyanın Bilbao şəhərinin rəhbərliyi Avropa çempionatının oyunlarına ev sahibliyi etmək hüququndan imtina edib.

“Report”un məlumatına görə, bu barədə “AFP” xəbər yayıb.

Şəhər şurasının rəsmi saytında yer alan xəbərdə isə deyilir ki, UEFA Bilbaonu Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər siyahısından birtərəfli qaydada çıxarıb:

“UEFA bu gün bizə rəsmi olaraq "San Mames" stadionunun Avro-2020 oyunlarının keçiriləcəyi stadionlar siyahısından çıxarılması barədə qərarın qəbul edildiyi barədə məlumat verib”, - deyə şəhər şurasının bəyanatında deyilir.

Qeyd edək ki, Avropa çempionatına ev sahibliyi edən şəhərlərlə bağlı son qərarı cümə günü (23 aprel - Red) Avropa Futbol Assosiasiyaları Birliyi verəcək.

Sankt-Peterburq, Amsterdam, Bakı, Budapeşt, Buxarest, Qlazqo, Kopenhagen, London turnir oyunlarına tamaşaçı ilə ev sahibliyi etməyə hazır olduqlarını təsdiqləyiblər. Münhen və Dublinin iştirakı sual altındadır.

Son xəbərlər

Orphus sistemi