​Bakıdakı Avropa çempionatının finalçıları müəyyənləşir

​Bakıdakı Avropa çempionatının finalçıları müəyyənləşir Portuqaliya Hollandiya yığmasını, Almaniya isə İspaniyanı sınağa çəkəcək
Futbol
18 May , 2016 06:45
​Bakıdakı Avropa çempionatının finalçıları müəyyənləşir

Bakı. 18 may. REPORT. AZ / Bu gün 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının yarımfinal görüşləri baş tutacaq. "Report"un məlumatına görə, finala gedən yolda Portuqaliya Hollandiya yığmasını, Almaniya isə İspaniyanı sınağa çəkəcək.

Azərbaycanın çıxış etdiyi A qrupunun lideri olaraq 1/4 finala vəsiqə qazanan Portuqaliya bu mərhələdə Avstriyanı məğlub edib. Eyni mərhələdə Hollandiya İsveçi, Almaniya Belçikanı, İspaniya isə İngiltərəni yenməyi bacarıb.

Hər iki görüş "Dalğa Arena"da keçiriləcək.

Avropa çempionatı, yarımfinal mərhələsi

15:00. Portuqaliya - Hollandiya

Baş hakim: Peter Kraloviç (Slovakiya)

"Dalğa Arena"

20:00. Almaniya - İspaniya

Baş hakim: Bartosz Frankovski (Polşa)

"Dalğa Arena"

Final görüşü mayın 21-də "Bakcell Arena"da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi