Avropa çempionatının ən gənc futbolçusu ünvanı yeniləndi

Avropa çempionatının ən gənc futbolçusu ünvanı yeniləndi İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem Avropa çempionatları tarixinin ən gənc futbolçusu ünvanına sahib çıxıb.
Futbol
13 İyun , 2021 20:43
Avropa çempionatının ən gənc futbolçusu ünvanı yeniləndi

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem Avropa çempionatları tarixinin ən gənc futbolçusu ünvanına sahib çıxıb.

"Report"un məlumatına görə, AVRO-2020-nin ilk turunun Xorvatiya ilə qarşılaşmasında Bellingem meydana 17 yaş 349 günündə meydana çıxıb.

Bunadək rekordçu niderlandlı Yetro Villems olub. O, 18 yaş 71 günündə ikən qitə çempionatında forma geyinib.

"Birmingem"in yetirməsi olan Bellingem 2020-ci ilin yayında 23 milyon avro qarşılığında Almaniyanın "Borussiya" (Dortmund) klubuna keçib. O, 2023-cü ilin yayınadək olan müqaviləyə imza atıb.

Daha bir maraqlı məqam ondadır ki, bu gün Avstriya ilə AVRO-2020-nin oyununda qol vuran Qoran Pandev Şimali Makedoniya yığmasında 20 il əvvəl debüt edib. O, ilk oyununa çıxdığı vaxt Bellingem həyatda olmayıb.

Qeyd edək ki, milli komandaların AVRO-2020 üçün sifariş ərizələrində ən gənc oyunçu polşalı yarımmüdafiəçi Katsler Kozlovskidir. Lakin o, hələ meydana çıxmayıb.

Son xəbərlər

Orphus sistemi