Avropa çempionatının bombardiri məlum oldu

Avropa çempionatının bombardiri məlum oldu Futbol üzrə Avropa çempionatının ən yaxşı bombardiri müəyyənləşib.
Futbol
1468
12 İyul , 2021 02:13
Avropa çempionatının bombardiri məlum oldu

Futbol üzrə Avropa çempionatının ən yaxşı bombardiri müəyyənləşib.

"Report"un məlumatına görə, bu ada Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 5 qolla layiq görülüb.

Çexiya yığmasından Patrik Şik də eyni sayda fərqlənməyə müvəffəq olub. Lakin Ronaldu Şiki əlavə göstəricilər hesabına üstələyib. 36 yaşlı forvardın aktivində 1 məhsuldar ötürmə də olub. Digər tərəfdən, o, meydanda 360 dəqiqə, Şik 404 dəqiqə keçirib.

Bu, Ronaldunun karyerasında 5-ci Avropa çempionatı olub. O, ümumilikdə 14 qol vuraraq, UEFA-nın fransalı sabiq prezidenti Mişel Platiniyə məxsus rekordu yeniləyib.

Qeyd edək ki, Avropa çempionu adını finalda İngiltərəni penaltilər seriyasında məğlub edən İtaliya qazanıb.

Son xəbərlər

Orphus sistemi