Futbol üzrə Avropa Çempionatının qalibi vəfat etdi - FOTO

Futbol üzrə Avropa Çempionatının qalibi vəfat etdi - FOTO İtaliyanın Milan futbol komandasının keçmiş hücumçusu Pyerino Pratı 73 yaşında dünyasını dəyişib.
Futbol
22 iyun 2020 23:44
Futbol üzrə Avropa Çempionatının qalibi vəfat etdi - FOTO

İtaliyanın "Milan" futbol komandasının keçmiş hücumçusu Pyerino Pratı 73 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə məlumatı İtaliya komandasının "Twitter"dəki səhifəsi paylaşıb.

"Footbal İtaliya"nın məlumatında görə, idmançı uzun sürən xəstəlikdən sonra vəfat edib.

Prati 1967-ci ildən 1973-cü ilə qədər "Milan"ın şərəfini qoruyub. O, komandası ilə birlikdə İtaliya cempionatının, Çempionlar Liqasının qalibi olub, həmçinin iki dəfə ölkə Kubokunu qazanıb. 

Pyerino Pratı
Pyerino Pratı

Prati İtaliya yığmasının heyətində 1968-ci ildə Avropa Çempionatının qızıl medallarının, 1970-ci ildə isə futbol üzrə Dünya Çempionatının gümüş medallarının da sahibi olub.

Son xəbərlər

Orphus sistemi