Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının finalında - YENİLƏNİB-1

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının finalında - YENİLƏNİB-1 Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında finala yüksəlib.
Futbol
14 Fevral , 2020 20:44
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının finalında - YENİLƏNİB-1

Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində yarışan idmançı yarımfinal mərhələsində Rumıniya təmsilçisi Mixail Savanı 5:2 hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Onun finaldakı rəqibi Polşa təmsilçisi Maqomedmurad Hacıyev olacaq.

65 kq-da mübarizə aparan Əli Rəhimzadə finala vəsiqə uğrunda görüşdə Niurqun Skriabinə (Belarus) uduzub və qızıl medal şansını itirib.

Cəbrayıl Həsənov (79 kq) isə yarımfinal mərhələsində Maqomed Ramazanova (Rusiya) məğlub olub. 3 qat Avropa çempionu bürünc medal uğrunda qüvvəsini sınayacaq.

Azərbaycanın 97 kq çəki dərəcəsindəki təmsilçisi Nurməhəmməd Hacıyevin uduzduğu Abdulrəşid Sadullayev (Rusiya) finala vəsiqə qazandığından güləşçi təsəlliverici görüşə çıxacaq.

Əfqan Xaşalov (57 kq) isə Avropa çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Milli tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Yığma 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub.

Qadın güləşçilərdən Elis Manolova (65 kq) bu gün finalda Mimi Nikolova Xristova (Bolqarıstan) ilə üz-üzə gələcək. Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) bürünc medal uğrunda görüşdə Belarus təmsilçilərini sınağa çəkəcəklər. Onlar müvafiq olaraq İrina Kuraçkina və Veranika İvanova ilə qarşılaşacaqlar. Tatyana Varansova isə təsəlliverici görüşdə Suzanna Georgiana Seykariu (Rumıniya) ilə güləşəcək.

57 kq

1/8 final: Əfqan Xaşalov - Valentin Damur (Fransa) 11:0

1/4 final: Əfqan Xaşalov - Castin Cunior Ler (Almaniya) - 2:8

65 kq

1/8 final: Əli Rəhimzadə - Vladimir Xinceqaşvili (Gürcüstan) 7:0

1/4 final: Əli Rəhimzadə - George Bukur (Rumıniya) 3:2

1/2 final: Əli Rəhimzadə - Niurqun Skriabin (Belarus) 1:5

Bürünc medal görüşü: Əli Rəhimzadə - Maksim Sakultan (Moldova) / İsmayıl Musukayev (Macarıstan)

70 kq

Təsnifat: Ağahüseyn Mustafayev - Gevorq Mxeyan (Ermənistan) 15:8

1/8 final: Ağahüseyn Mustafayev - Viktar Serada (Belarus) 8:2

1/4 final: Ağahüseyn Mustafayev - Aleksey Boruta (Ukrayna) 5:2

1/2 final: Ağahüseyn Mustafayev - Mixail Sava (Rumıniya) 5:2

FİNAL: Ağahüseyn Mustafayev - Maqomedmurad Hacıyev (Polşa)

79 kq

Təsnifat: Cəbrayıl Həsənov - Nika Kentçadze (Gürcüstan) *3:3

1/8 final: Cəbrayıl Həsənov - Omarasxab Nacmudinov (Rumıniya) *8:8

1/4 final: Cəbrayıl Həsənov - Arman Avaqyan (Ermənistan) 8:4

1/2 final: Cəbrayıl Həsənov - Maqomed Ramazanov (Rusiya) 2:4

Bürünc medal görüşü: Cəbayıl Həsənov - Batuhan Demircin (Türkiyə) / Axşarbek Qulayev (Slovakiya)

97 kq

1/8 final: Nurməhəmməd Hacıyev - Pavel Oleynik (Macarıstan) 7:2

1/4 final: Nurməhəmməd Hacıyev - Abdulrəşid Sadullayev (Rusiya) - 4:10

Təsəlliverici görüş: Nurməhəmməd Hacıyev - Maqomedqadci Nurov (Makedoniya) / İbrahim Bölükbaşı (Türkiyə)


***18:42

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, onlardan 3-ü adını yarımfinala yazdıra bilib.

Mübarizəyə 1/8 finaldan başlayan Əli Rəhimzadə startda olimpiya, dünya və 3 qat Avopa çempionu Vladimir Xinceqaşviliylə üz-üzə gəlib. 65 kq-da mübarizə aparan gənc güləşçi titullu rəqibiylə görüşü çəkinmədən və yüksək səviyyədə keçirərək, böyükhesablı qələbəyə sevinib - 7:0. Rəhimzadənin 1/4 finalda rumıniyalı həmkarı George Bukurla dueli ağır keçib. Son saniyələrdə aldığı xal güləşçini yarımfinala yüksəldib. O, final uğrunda görüşdə belaruslu Niurqun Skriabinlə qarşılaşacaq.

70 kq çəki dərəcəsində yarışan Ağahüseyn Mustafayev ilk mərhələdə Ermənistan idmançısıyla üz-üzə gəlib. Dramatik görüş olduqca gərgin və maraqlı alınıb. Prinsipial qarşılaşmaya rəqib daha yaxşı başlayıb və 8:0 önə keçib. Ancaq özünü itirməyən milli üzvü inanılmaz əzmkarlıq nümayiş etdirərək fantastik geridönüş edib. İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Avropa çempionatının gümüş medalçısı yarışa inamlı qələbəylə start verib - 15:8. Mustafayev daha sonra Belarus təmsilçisi Viktor Seradadan güclü olub. 1/4 finalda Ukrayna güləşçisi Aleksey Borutanı da sıradan çıxaran idmançı yarımfinala adlayıb. Onun bu mərhələdəki rəqibi Rumıniya təmsilçisi Mixail Sava olacaq.

Cəbrayıl Həsənov ötən analoji yarışda olduğu kimi, yenə ilk görüşdə Nika Kentçadzeni sınağa çəkib. Buxarestdə olduğu kimi, Romada da millinin kapitanı ilə 23 yaşadək güləşçilərin dünya çempionu arasında qarşılaşma gərgin mübarizə şəraitində keçib. Həsənov son dəqiqəyə kimi hesabda 0:3 geridə olsa da, xarakter göstərərək qələbəni təmin edib. 3 qat Avropa çempionunun növbəti görüşü də asan keçməyib. Həsənov Rumıniya güləşçisi Omarasxab Nacmudinovla mübarizədə xalların keyfiyyətinə görə mərhələ adlayan tərəf olub. Daha sonra Ermənistan güləşçisi Arman Avaqyana gücünü göstərən idmançı yarımfinala vəsiqə qazanıb. Həsənov finala çıxmaq üçün Maqomed Ramazanovu (Rusiya) məğlub etməlidir.

97 kq-da yarışan Nurməhəmməd Hacıyev startda Macarıstan pəhləvanı Pavel Oleyniki yolundan kənarlaşdırıb. Ancaq o, 1/4 finalda Rusiya təmsilçisi Abdulrəşid Sadullayevə uduzaraq yarımfinala yüksəlmək şansını itirib.

57 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Əfqan Xaşalov 1/8 finalda fransalı Valentin Damuru mübarizədən kənarlaşdırsa da, növbəti mərhələdə Almaniya təmsilçisi Castin Cunior Lerlə bacarmayıb - 2:8.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.


***09:08

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

"Report"un məlumatına görə, yarışın 5-ci günündə sərbəst güləşçilər mübarizəyə qoşulur. Azərbaycan təmsilçilərindən Əfqan Xaşalov (57 kq) 1/8 finalda Valentin Damurla (Fransa) üz-üzə gələcək. 65 kq-dakı Əli Rəhimzadə eyni mərhələdə Vladimir Xinceqaşvili ilə qarşılaşacaq.

Ağahüseyn Mustafayev (70 kq) ilk görüşdə Ermənistan təmsilçisi Gevorq Mxeyanla, Cəbrayıl Həsənov (79 kq) isə gürcüstanlı Nika Kentçadze ilə güləşəcək. 97 kq-da yarışan Nurməhəmməd Hacıyev1/8 finalda macarıstanlı Pavel Oleyniklə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Milli tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Yığma 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. 

Qadın güləşçilərdən Elis Manolova (65 kq) bu gün finalda Mimi Nikolova Xristova (Bolqarıstan) ilə üz-üzə gələcək. Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) bürünc medal uğrunda görüşdə Belarus təmsilçilərini sınağa çəkəcəklər. Onlar müvafiq olaraq İrina Kuraçkina və Veranika İvanova ilə qarşılaşacaqlar. Tatyana Varansova isə təsəlliverici görüşdə Suzanna Georgiana Seykariu (Rumıniya) ilə güləşəcək. 

Son xəbərlər

Orphus sistemi