"Qarabağ" səfərdə "Tottenhem"ə məğlub olub - VİDEO

"Qarabağ" səfərdə "Tottenhem"ə məğlub olub - VİDEO Matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb
Futbol
18 Sentyabr , 2015 01:58
Qarabağ səfərdə Tottenhemə məğlub olub - VİDEO

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə UEFA Avropa Liqasının 2015/2016-cı illər mövsümünün qrup oyunları start götürüb.

"Report" xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən Ağdamın "Qarabağ" klubu səfərdə İngiltərənin "Tottenhem Hotspur" kollektivi ilə qarşılaşıb.

Oyun "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Paralel keçən qarşılaşmada "Anderlext" (Belçika) öz meydanında Fransa "Monako"su ilə 1:1 oynayıb.

Avropa Liqası. Qrup mərhələsi. 1-ci tur, J qrupu

"Tottenhem"  -  "Qarabağ" - 3-1

Qollar: Riçard Almeyda, 7 (1:0 pen), Heung-Min Son, 28, 30 (2:1), Erik Lamela,88 (3:1).

"Anderlext" - "Monako" - 1:1

Qollar: Jille, 11 (1:0); Traore, 85 (1:1).

Son xəbərlər

Orphus sistemi