Avrokuboklarda mövsümün ilk püşkü atıldı

Avrokuboklarda mövsümün ilk püşkü atıldı UEFA Çempionlar Liqasında 2021/2022 mövsümü üçün ilk püşkatma mərasimi keçirilib.
Futbol
590
8 İyun , 2021 14:07
Avrokuboklarda mövsümün ilk püşkü atıldı

UEFA Çempionlar Liqasında (ÇL) 2021/2022 mövsümünün ilk püşkü atılıb.

"Report"un məlumatına görə, mərasim İsveçrənin Nyon şəhərindəki gerçəkləşib.

Püşkatmaya əsasən, ÇL-in ilkin mərhələsində yarımfinal cütləri bəlli olub.

"Folqore" (San-Marino) - "Priştina" (Kosova)

"HB Torshavn" (Farer adaları) - "İnter Eskaldes" (Andorra)

Qeyd edək ki, yarımfinal matçları iyunun 22-də, final isə iyunun 25-də olacaq. Farer adalarında baş tutacaq qarşılaşmalar bir oyundan ibarətdir.

Finalda qalib olan komanda Çempionlar Liqasında I təsnifat mərhələsinə vəsiqə əldə edəcək. Həmin raundun ilk görüşləri 6-7 iyul, cavab qarşılaşmaları isə 13-14 iyulda təşkil olunacaq.

Digər 3 kollektiv mübarizəyə Konfrans Liqasının II təsnifat mərhələsində davam edəcək.

Son xəbərlər

Orphus sistemi