AVRO-2024: Şotlandiyalı azarkeş Almaniya komandası ilə matçdan üç gün sonra dünyasını dəyişib

AVRO-2024: Şotlandiyalı azarkeş Almaniya komandası ilə matçdan üç gün sonra dünyasını dəyişib AVRO-2024-ün qrup mərhələsinin I turunda Almaniya - Şotlandiya matçından sonra Kolin Kinq adlı şotlandiyalı azarkeş dünyasını dəyişib.
Futbol
18 İyun , 2024 19:05
AVRO-2024: Şotlandiyalı azarkeş Almaniya komandası ilə matçdan üç gün sonra dünyasını dəyişib

AVRO-2024-ün qrup mərhələsinin I turunun Almaniya - Şotlandiya matçından sonra Kolin Kinq adlı şotlandiyalı azarkeş dünyasını dəyişib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun qohumu Kristofer Orurk sosial şəbəkələrdə məlumat yayıb.

57 yaşlı azarkeş Düsseldorfda baş tutan oyunda iştirak edib. Üç gün sonra isə oteldə yuxuda olarkən həyatla vidalaşıb.

Qeyd edək ki, Almaniya və Şotlandiya arasında baş tutan açılış matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi