AVRO-2024: Daha dörd qrupda mübarizə başlayacaq

AVRO-2024: Daha dörd qrupda mübarizə başlayacaq AVRO-2024-ün seçmə mərhələsinin daha dörd qrupunda bu gün mübarizə start götürəcək.
Futbol
24 Mart , 2023 07:45
AVRO-2024: Daha dörd qrupda mübarizə başlayacaq

AVRO-2024-ün seçmə mərhələsinin daha dörd qrupunda bu gün mübarizə start götürəcək.

“Report”un məlumatına görə, B, E, F və G qruplarında birinci turun oyunları keçiriləcək.

F qrupunda yer alan Azərbaycan millisi səfərdə Avstriya yığmasının qonağı olacaq. Qrupun digər qarşılaşmasında İsveçlə Belçika seçmələri üz-üzə gələcəklər.

Azərbaycanlı hakim Əliyar Ağayevin idarə edəcəyi matçda Bolqarıstan və Monteneqro birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər.

Son dünya çempionatının finalçısı Fransa millisi isə Niderlandı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ

I tur

24 mart

B qrupu

23:45. Cəbəllütariq – Yunanıstan

23:45. Fransa - Niderland

E qrupu

23:45. Moldova – Farer adaları

23:45. Çexiya - Polşa

F qrupu

23:45. Avstriya – Azərbaycan

23:45. İsveç - Belçika

G qrupu

21:00. Bolqarıstan - Monteneqro

23:45. Serbiya - Litva

Son xəbərlər

Orphus sistemi