AVRO-2020: UEFA azarkeş sayı ilə bağlı qərarını aprelə saxladı

AVRO-2020: UEFA azarkeş sayı ilə bağlı qərarını aprelə saxladı UEFA Avropa çempionatının oyunlarına azarkeşlərin buraxılmasının mümkünlüyünə dair qərarını hər bir şəhər üzrə ayrıca verəcək.
Futbol
28 Yanvar , 2021 00:08
AVRO-2020: UEFA azarkeş sayı ilə bağlı qərarını aprelə saxladı

UEFA Avropa çempionatının oyunlarına azarkeşlərin buraxılmasının mümkünlüyünə dair qərarını hər bir şəhər üzrə ayrıca verəcək.

"Report"un məlumatına görə, bu barədə TASS-a UEFA İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin bildirib. O, müvafiq qərarın aprelin əvvəllərində qəbul olunacağını söyləyib: "Bütün AVRO-2020 sistemində vahid azarkeş faizi olmayacaq. Qərar hər bir şəhərə fərdi qaydada şamil ediləcək. Bu gün UEFA-nın icraçı direktoru Martin Kallen, qurumun digər məsul şəxsləri və bütün şəhərlərin nümayəndələrinin iştirakı ilə böyük iclas oldu. Hər bir şəhərin çempionata hazırlığını davam etdirdiyi və formatda dəyişikliyin olmayacağı təsdiqləndi. Ayrı-ayrı şəhərlərdə epidemioloji vəziyyət uzun müddət müzakirə olundu. Onlardan bir neçəsi stadionlarda azarkeş sayı ilə bağlı qərarın təxirə salınması lehinə fikir bildirdi. Dedilər ki, qərar indi qəbul olunsa, hansısa ciddi faizə ümid etməyə gərək olmayacaq".

Sorokinin sözlərinə görə, UEFA virusun təbii yolla çəkiləcəyinə, daha çox insanın peyvəndlənəcəyinə və aprelə doğru azarkeş sayına daha pozitiv yanaşmağın mümkün olacağına ümid edir.

Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyulda qitənin 12 şəhərində - Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdamda (Niderland) keçirilməlidir. Bakıda A qrupunun İsveçrə - Uels, Türkiyə - İsveçrə və Türkiyə - Uels, həmçinin 1/4 final mərhələsinin 1 oyunu nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi