AVRO-2020: Türkiyə millisinin Bakıdakı son matçının hakimləri açıqlandı

AVRO-2020: Türkiyə millisinin Bakıdakı son matçının hakimləri açıqlandı Türkiyə və İsveçrə yığmaları arasında futbol üzrə Avropa Çempionatının A qrupunun III tur matçının təyinatları açıqlanıb.
Futbol
18 İyun , 2021 14:58
AVRO-2020: Türkiyə millisinin Bakıdakı son matçının hakimləri açıqlandı
Slavko Vinçiç

İsveçrə və Türkiyə yığmaları arasında futbol üzrə Avropa Çempionatının A qrupunun III tur matçının hakim təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçiriləcək görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Ona Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isveçli Andreas Ekberq yerinə yetirəcək. Oyunun VAR hakimi isə Bastian Dankert (Almaniya) olacaq.

Qeyd edək ki, iyunun 20-də keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi