AVRO-2020: Türkiyə millisi İtaliyaya yollandı

AVRO-2020: Türkiyə millisi İtaliyaya yollandı Türkiyə millisi Avropa çempionatının açılış oyunu üçün İtaliyaya yollanıb.
Futbol
9 İyun , 2021 15:44
AVRO-2020: Türkiyə millisi İtaliyaya yollandı

Türkiyə millisi Avropa çempionatının açılış oyunu üçün İtaliyaya yollanıb.

"Report"un məlumatına görə, Şenol Güneşin baş məşqçi olduğu komanda Almaniyada təlim-məşq toplanışını bitirərək Romaya gedib.

Qeyd edək ki,Türkiyə yığması Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.

Son xəbərlər

Orphus sistemi