AVRO-2020-nin püşkü atılıb - YENİLƏNİB - FOTO

AVRO-2020-nin püşkü atılıb - YENİLƏNİB - FOTO Rumıniyanın paytaxtı Buxarestdə 2020-ci il Avropa çempionatının püşkatma mərasimi başlayıb.
Futbol
30 Noyabr , 2019 21:53
AVRO-2020-nin püşkü atılıb - YENİLƏNİB - FOTO

Rumıniyanın paytaxtı Buxarestdə 2020-ci il Avropa çempionatının püşkatma mərasimi başlayıb.

"Report"un məlumatına görə, püşk nəticəsində AVRO-2020-nin qruplarının tərkibi müəyyənləşəcək. 

A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə yanaşı, Bakı şəhəri də ev sahibliyi edəcək.


***21:02

Bədii hissənin ardından aparıcılar səhnəyə çıxıblar. AVRO-2020-nin rəsmi saundrekini ifa edəcək Martin Qarriks təqdim olunub. Ardından çempionata ev sahibliyi edəcək şəhərlər və nüfuzlu yarışa vəsiqə qazanmış komandalarla bağlı təqdimat videosu nümayiş etdirilib.

Rikardu Karvalyu və Joau Mariu AVRO-2020-nin qalibinə verilən Anri Delone kubokunu səhnəyə gətiriblər. Püşkün nəticələri belə olub:

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

C qrupu: Hollandiya, Ukrayna, Avstriya, A və ya D Liqasının qalibi

D qrupu: İngiltərə, Xorvatiya, C Liqasının qalibi, Çexiya

E qrupu: İspaniya, İsveç, Polşa, B Liqasının qalibi

F qrupu: D Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya

Son xəbərlər

Orphus sistemi