AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib - SİYAHI

AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib - SİYAHI Bakı. 2 dekabr. REPORT.AZ/ İrlandiyanın paytaxtı Dublin şəhərində 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Futbol
2 Dekabr , 2018 16:11
AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib - SİYAHI

Bakı. 2 dekabr. REPORT.AZ/ İrlandiyanın paytaxtı Dublin şəhərində 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib.

“Report” xəbər verir ki, püşkatmanın nəticələrinə görə 55 komanda 10 qrupda mübarizə aparacaq.

Nəticələr aşağıdakı kimidir:

A Qrupu

1. İngiltərə

2. Çexiya

3. Bolqarıstan

4. Monteneqro

5. Kosovo

B Qrupu

1. Portuqaliya

2. Ukrayna

3. Serbiya

4. Litva

5. Lüksemburq

C Qrupu

1. Niderland

2. Almaniya

3. Şimali İrlandiya

4. Estoniya

5. Belarus

D Qrupu

1. İsveçrə

2. Danimarka

3. İrlandiya

4. Gürcüstan

5. Cəbəllütariq

E Qrupu

1. Xorvatiya

2. Uels

3. Slovakiya

4. Macarıstan

5. AZƏRBAYCAN

F Qrupu

1. İspaniya

2. İsveç

3. Norveç

4. Rumıniya

5. Farer adaları

6. Malta

G Qrupu

1. Polşa

2. Avstriya

3. İsrail

4. Sloveniya

5. Makedoniya

6. Latviya

H Qrupu

1. Fransa

2. İslandiya

3. Türkiyə

4. Albaniya

5. Moldova

6. Andorra

İ Qrupu

1. Belçika

2. Rusiya

3. Şotlandiya

4. Kipr

5. Qazaxıstan

6. San-Marino

J Qrupu

1. İtaliya

2. Bosniya və Herseqovina

3. Finlandiya

4. Yunanıstan

5. Ermənistan

6. Lixtenşteyn

AVRO-2020-nin final mərhələsinin püşkü 1 dekabr 2019-cu ildə atılacaq. Həmin vaxt Millətlər Liqasından vəsiqələrin sahibləri müəyyənləşməyəcəyindən, onlar 1 - 4 pley-offlarının qalibləri kimi adlandırılacaqlar.

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.

Son xəbərlər

Orphus sistemi