AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionu alaq basdı - FOTO

AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionu alaq basdı - FOTO Almaniyanın Münhen şəhərindəki Alyans Arenanın tribunalarında beton pilləkənlərin arasını alaq otları basıb.
Futbol
668
12 İyun , 2020 10:34
AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionu alaq basdı - FOTO

Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"nın tribunalarında beton pilləkənlərin arasını alaq otları basıb.

"Report"un məlumatına görə, bununla bağlı foto "Bild" nəşrinin "Instagram" səhifəsində yerləşdirilib. Fotoya "Stadionlara qayıtmalarına icazə verilsə, azarkeşlər ilk növbədə, öz yerlərinə gedib çatmağı bacarmalıdırlar" şərhi yazılıb.

Qeyd edək ki, hazırda "Alyans Arena"da ev oyunlarını "Bavariya" klubu keçirir. Lakin koronavirus pandemiyası ilə əlaqədar tribunalara azarkeşlər buraxılmır. Bu stadionda AVRO-2020-də F qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 qarşılaşması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi