AVRO-2020-nin könüllüləri “Zenit” - “Lokomotiv” oyununun təşkilində iştirak edib

AVRO-2020-nin könüllüləri “Zenit” - “Lokomotiv” oyununun təşkilində iştirak edib AVRO-2020 üzrə Bakı könüllü komandası Rusiyada səfərdə olub.
Futbol
4 Mart , 2020 16:19
AVRO-2020-nin könüllüləri “Zenit” - “Lokomotiv” oyununun təşkilində iştirak edib

AVRO-2020 üzrə Bakı könüllü komandası Rusiyada səfərdə olub.

Yerli Təşkilat Komitəsindən "Report"a verilən məlumata görə, komanda “Qazprom Arena”da baş tutmuş Rusiya Premyer Liqasının “Zenit” - “Lokomotiv” oyununun təşkilində iştirak edib. Könüllülər eyni zamanda “Zenit” könüllüləri ilə görüşdə müşahidəçi kimi fəaliyyət göstəriblər.

Qeyd edək ki, AVRO-2020-nin Bakıda keçiriləcək 3 oyununun (Uels – İsveçrə, Türkiyə – Uels, İsveçrə – Türkiyə) və 1/4 final qarşılaşmasının təşkilati işlərində müxtəlif sahələr və funksiyalar üzrə 2020 könüllü çalışacaq.

AFFA tərəfindən 2019-cu ilin iyunundan etibarən isə könüllülərin qeydiyyat mərhələsinə start verilib. 5 ay ərzində 6 797 könüllü namizəd qeydiyyatdan keçib.

Müraciət sayına görə, Bakı şəhəri Avropa çempionatı təşkil olunacaq 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir. 

Son xəbərlər

Orphus sistemi