AVRO-2020-ni keçirəcək şəhərlər avrokubok finalından azad edilib

AVRO-2020-ni keçirəcək şəhərlər avrokubok finalından azad edilib Bakı həmin il yalnız UEFA Super Kubokuna iddia edə bilər
Futbol
111
21 Sentyabr , 2017 12:52
AVRO-2020-ni keçirəcək şəhərlər avrokubok finalından azad edilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ 2020-ci il Avropa çempionatının keçiriləcəyi 13 şəhərdə 2019-2020 mövsümünün avrokubok finalı keçirilməyəcək. "Report"un məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Səbəb kimi Çempionlar Liqası və Avropa Liqasının həlledici qarşılaşmalarını digər ölkələrin təşkil etməsinə imkan yaratmaq istəyi göstərilib. Digər tərəfdən, 13 şəhər AVRO-2020 öncəsi əlavə təzyiqlə üzləşməyəcəklər. Lakin bu qərar UEFA Super Kubokuna şamil olunmayacaq.

Qeyd edək ki, AVRO-2020 qitənin 13 şəhərində təşkil olunacaq. Bunlar Bakı ilə yanaşı, Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Roma (İtaliya), Münhen (Almaniya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlazqo (Şotlandiya) şəhərləridir. 2018-2019 mövsümündə Çempionlar Liqasının finalı Madriddəki "Metropolitano" stadionunda, Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Həmin il UEFA Super Kuboku uğrunda görüş isə Türkiyənin İstanbul şəhərindəki "Wodafone Arena"da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi