AVRO-2020: Münhen UEFA-ya azarkeşlərlə bağlı təminat verməyib

AVRO-2020: Münhen UEFA-ya azarkeşlərlə bağlı təminat verməyib Məsələyə iyunun əvvəlində aydınlıq gələcək
Futbol
23 Aprel , 2021 19:29
AVRO-2020: Münhen UEFA-ya azarkeşlərlə bağlı təminat verməyib

Almaniyanın Münhen şəhəri AVRO-2020-də ev sahibliyi edəcəyi oyunlara azarkeşlərin buraxılacağına təminat verməyib.

"Report"un məlumatına görə, bu barədə şəhər meri Diter Rayter "Sport1" nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, məsələyə iyunun əvvəlində aydınlıq gələcək.

UEFA bu gün Münhendəki "Alyans Arena"da oynanılacaq hər matçda minimum 14 500 tamaşaçının iştirak edəcəyini açıqlayıb.

Qeyd edək ki, qitə futbol qurumunun son qərarına əsasən, təşkilatçı şəhərlərin sayını 12-də 11-ə azaldıb. Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Son xəbərlər

Orphus sistemi