AVRO-2020: Mühafizəçi Ronaldunu tanımadı, akkreditasiya tələb etdi

AVRO-2020: Mühafizəçi Ronaldunu tanımadı, akkreditasiya tələb etdi Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Avropa çempionatının F qrupunun Macarıstanla oyunundan öncə kuryoz hadisə ilə üzləşib
Futbol
17 İyun , 2021 14:58
AVRO-2020: Mühafizəçi Ronaldunu tanımadı, akkreditasiya tələb etdi
Kriştianu Ronaldu

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Avropa çempionatının F qrupunun Macarıstanla oyunundan öncə kuryoz hadisə ilə üzləşib.

"Report"un məlumatına görə, 36 yaşlı ulduz futbolçu stadiona daxil olarkən mühafizəçi onu tanımayıb və hücumçudan akkreditasiyasını göstərməsini tələb edib.

Təcrübəli forvard yalnız buraxılış vərəqəsini təqdim etdikdən sonra onun arenaya girişinə icazə verilib.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilmiş görüş portuqaliyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan ikisini Kriştianu Ronaldu vurub.

Son xəbərlər

Orphus sistemi