AVRO-2020: MOİK-in baş məşqçisi Xorvatiya millisində

AVRO-2020: MOİK-in baş məşqçisi Xorvatiya millisində 42 yaşlı mütəxəssis yığmada Zlatko Daliçin köməkçilərindən biri olacaq
Futbol
18 May , 2021 12:09
AVRO-2020: MOİK-in baş məşqçisi Xorvatiya millisində
İvitsa Oliç

Rusiyanın MOİK klubunun baş məşqçisi İvitsa Oliç Avropa çempionatı zamanı Xorvatiya millisinin məşqçilər heyətinə qoşulacaq.

"Report" “RİA Novosti”yə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin yığmada Zlatko Daliçin köməkçilərindən biri olacağı dəqiqləşib.

Oliç 2002 - 2015-ci illərdə Xorvatiya komandasının formasını geyinib.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Xorvatiya millisi Çexiya, İngiltərə və Şotlandiya ilə birlikdə D qrupunda mübarizə aparacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi