AVRO-2020: Macarıstan - Azərbaycan oyunu azarkeşsiz keçiriləcək - RƏSMİ

AVRO-2020: Macarıstan - Azərbaycan oyunu azarkeşsiz keçiriləcək - RƏSMİ AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan – Azərbaycan oyunu azarkeşsiz keçiriləcək.
Futbol
258
23 Sentyabr , 2019 18:03
AVRO-2020: Macarıstan - Azərbaycan oyunu azarkeşsiz keçiriləcək - RƏSMİ

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan – Azərbaycan oyunu azarkeşsiz keçiriləcək.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı Avropa futbol qurumunun Nəzarət, Etika və İntizam Komitəsi qərar qəbul edib. Sanksiyaya səbəb Macarıstan yığmasının azarkeşlərinin sentyabrın 9-da Slovakiya ilə ev oyunu zamanı irqçi davranışlara yol vermələridir.

Həmçinin fanatlar pirotexniki maddələrdən istifadə etməklə yanaşı, meydana yad cismlər atıblar. Baş verənlərə görə Macarıstan Futbol Federasiyasına 67,125 avro cərimə kəsilib.

Sözügedən oyunda Slovakiya azarkeşləri də irqçi davranışlara yol veriblər. Bu səbəbdən 10 oktyabr 2019-cu il tarixində Slovakiya – Uels qarşılaşması da boş tribunalar önündə oynanılacaq. Slovakiya Futbol Assosiasiyası isə 20,000 avro cərimə ödəyəcək.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bəhreynlə səfərdə yoldaşlıq oyunu keçirəcək. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 4 gün sonra Macarıstan kollektivinin qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi