AVRO-2020: London polisi 86 nəfəri həbs etdi

AVRO-2020: London polisi 86 nəfəri həbs etdi London polisi AVRO-2020-nin İtaliya - İngiltərə finalı ilə əlaqədar qayda pozuntuları səbəbindən 86 nəfəri həbs edib.
Futbol
13 İyul , 2021 00:42
AVRO-2020: London polisi 86 nəfəri həbs etdi

London polisi AVRO-2020-nin İtaliya - İngiltərə finalı ilə əlaqədar qayda pozuntuları səbəbindən 86 nəfəri həbs edib.

"Report"un "Sky Sports"a istinadən məlumatına görə, 53 həbs birbaşa "Uembli" stadionunda həyata keçirilib. İnsanlar ictimai asayişin pozuntusu, digər insanlara hücum və içkili vəziyyətdə olma ittihamları ilə tutulublar. İngiltərəlilərin italiyalı fanatlara hücumları da qeydə alınıb.

Daha əvvəl məlum olub ki, biletsiz azarkeşlərin bir hissəsi stadiona çaxnaşma nəticəsində daxil ola bilib. Habelə, 19 polisin matçda və stadion ətrafında xidmət vaxtı xəsarət aldıqları vurğulanıb. Onlardan birinin qolu sındırılıb, digərinin dişləri qırılıb.

Qeyd edək ki, "Uembli" stadionunda təşkil olunmuş final matçında İtaliya İngiltərəni penaltilərlə 3:2 (əsas vaxt - 1:1, əlavə vaxt - 0:0) hesabı ilə yenib.

Son xəbərlər

Orphus sistemi