AVRO-2020: İtaliya millisinin finaldakı rəqibi müəyyənləşir

AVRO-2020: İtaliya millisinin finaldakı rəqibi müəyyənləşir Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulacaq.
Futbol
7 İyul , 2021 08:00
AVRO-2020: İtaliya millisinin finaldakı rəqibi müəyyənləşir

Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, bununla da turnirin ikinci finalçısının adına aydınlıq gələcək.

Həlledici görüşə son vəsiqə uğrunda İngiltərə və Danimarka yığmaları üz-üzə gələcək. Londondakı "Uembli" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Denni Makkeli idarə edəcək.

AVRO-2020-də qol buraxmayan britaniyalılar doğma meydan amilindən də istifadə edib finala çıxmaq niyyətindədir. Danimarkalılar isə turnirin əsas favoritlərindən birini mübarizədən kənarlaşdırmaqla sensasiya etmək arzusundadır.

Avropa çempionatı

Yarımfinal

23:00. İngiltərə - Danimarka

Baş hakim: Denni Makkeli (Niderland)

London, "Uembli" stadionu

Qeyd edək ki, bu oyunun qalibi finalda İtaliya millisinin rəqibi olacaq.

Son xəbərlər

Orphus sistemi