İsveçrə yığmasının futbolçusu Bakıda oyunun ən yaxşısı seçildi

İsveçrə yığmasının futbolçusu Bakıda oyunun ən yaxşısı seçildi Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununda matçın adamı açıqlanıb.
Futbol
12 İyun , 2021 19:01
İsveçrə yığmasının futbolçusu Bakıda oyunun ən yaxşısı seçildi

Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununun ən yaxşı futbolçusu açıqlanıb.

"Report"un məlumatına görə, bu, İsveçrə yığmasının üzvü Bril Embolodur.

24 yaşlı hücumçu görüşün 49-cu dəqiqəsində hesabı açıb.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi