AVRO-2020: İsveçrə millisinin Bakıya gələcək yekun heyəti - SİYAHI

AVRO-2020: İsveçrə millisinin Bakıya gələcək yekun heyəti - SİYAHI İsveçrə milli komandasının futbol üzrə Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.
Futbol
31 May , 2021 23:36
AVRO-2020: İsveçrə millisinin Bakıya gələcək yekun heyəti - SİYAHI

İsveçrə milli komandasının futbol üzrə Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

"Report"un məlumatına görə, baş məşqçi Vladimir Petkoviç 29 nəfərlik ilkin heyətdən Qapıçı Qreqor Kobel ("Ştutqart", Almaniya), həmçinin iki hücumçu - Dan Ndoye ("Nitsa", Fransa) və Andi Zekirini ("Brayton", İngiltərə) kənarlaşdırıb. Nəticədə "26-lığ"a 3 qapıçı, 10 müdafiəçi, 9 yarımmüdafiəçi və 4 hücumçu düşüb.

Qapıçılar: Yann Zommer ("Borussiya" Mönxenqladbax, Almaniya), Yonas Omlin ("Monpelye", Fransa), İvon Mvoqo (PSV, Hollandiya)

Müdafiəçilər: Manuel Akanci ("Borussiya" Dortmund, Almaniya), Loris Benito ("Bordo", Fransa), Eray Cömert ("Bazel"), Niko Elvedi ("Borussiya" Mönxenqladbax, Almaniya), Jordan Lotomba ("Nitsa", Fransa), Kevin Mbabu ("Volfsburq", Almaniya), Beçir Omeragiç ("Sürix"), Rikardo Rodriges ("Torino", İtaliya), Fabian Şer ("Nyukasl", İngiltərə), Silvan Vidmer ("Bazel")

Yarımmüdafiəçilər: Kristian Fassnaxt ("Yanq Boyz"), Edimilson Fernandeş ("Maynts", Almaniya), Remo Froyler ("Atalanta", İtaliya), Cerdan Şakiri ("Liverpul", İngiltərə), Cibril Sou ("Ayntraxt" Frankfurt, Almaniya), Qranit Caka ("Arsenal", İngiltərə), Denis Zakariya ("Borussiya" Mönxenqladbax, Almaniya), Stiven Tsuber ("Ayntraxt" Frankfurt, Almaniya), Ruben Varqas ("Auqsburq", Almaniya)

Hücumçular: Bril Embolo ("Borussiya" Mönxenqladbax, Almaniya), Mario Qavranoviç ("Dinamo" Zaqreb, Xorvatiya), Admir Mehmedi ("Volfsburq", Almaniya), Haris Seferoviç ("Benfika", Portuqaliya)

Qeyd edək ki, A qrupunda yer alan İsveçrə millisi ilk oyununu iyulun 12-də Bakıda Uelsə qarşı keçirəcək. İyulun 16-da Romada İtaliya ilə üz-üzə gələcək Vladimir Petkoviçin komandası iyulun 20-də yenidən Azərbaycan paytaxtında Türkiyəyə rəqib olacaq.

Son xəbərlər

Orphus sistemi