Forsberq Avropa çempionatları tarixində ikinci ən sürətli qolu vurdu

Forsberq Avropa çempionatları tarixində ikinci ən sürətli qolu vurdu İsveç yığmasının futbolçusu Emil Forsberq Avropa çempionatında yeni rekorda imza atıb.
Futbol
710
23 İyun , 2021 20:27
Forsberq Avropa çempionatları tarixində ikinci ən sürətli qolu vurdu
Emil Forsberq

İsveç yığmasının futbolçusu Emil Forsberq Avropa çempionatında yeni rekord müəyyənləşdirib.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu E qrupunun III turunda Polşa ilə matçda buna nail olub.

Qarşılaşma başlayandan 1 dəqiqə 22 saniyə sonra hesabı açan forvard çempionatlar tarixinin ən tez ikinci qoluna imza atıb. O, II turda fərqlənən danimarkalı Yussuf Poulsenin nəticəsini də geridə qoyub.

Qeyd edək ki, ən sürətli qolun müəllifi isə AVRO-2004-də Yunanıstanla qarşılaşmada 65-ci saniyədə fərqlənmiş Rusiya millisinin hücumçusu Dmitri Kiriçenkodur.

Son xəbərlər

Orphus sistemi