AVRO-2020: İngiltərə millisindən antirekord

AVRO-2020: İngiltərə millisindən antirekord İngiltərə milli komandası futbol üzrə Avropa çempionatında antirekorda imza atıb.
Futbol
23 İyun , 2021 01:37
AVRO-2020: İngiltərə millisindən antirekord

İngiltərə milli komandası futbol üzrə Avropa çempionatında antirekorda imza atıb.

"Report"un məlumatına görə, Qaret Sautgeytin baş məşqçi olduğu kollektiv D qrupundakı 3 oyununda cəmi 2 qol vura bilib. 1/8 finala yüksəlməsinə baxmayaraq, bu komanda indiyədək qrup lideri olmuş ölkələr arasında ən zəif nəticəni göstərib.

Bununla belə, İngiltərə millisi Avropa çempionatlarında çıxış etdiyi müddətdə yalnız 3-cü dəfə qrup lideri ola bilib. Əvvəllər bu, 1996 və 2012-ci illərdə baş verib.

Qetd edək ki, İngiltərə yığması AVRO-2020-də 3 oyundan 7 xal toplayıb.

Son xəbərlər

Orphus sistemi