Tanınmış referi karyerasını başa vurur

Tanınmış referi karyerasını başa vurur Niderlandlı futbol hakimi Byorn Kuypers karyerasını başa vurur.
Futbol
231
29 İyul , 2021 11:29
Tanınmış referi karyerasını başa vurur
Byorn Kuypers

Niderlandlı futbol hakimi Byorn Kuypers karyerasını başa vurur.

"Report"un məlumatına görə, 48 yaşlı FIFA referisi son olaraq avqustun 7-də "Ayaks" və PSV komandaları arasında keçiriləcək Niderland Super Kuboku uğrunda matçı idarə edəcəyini açıqlayıb.

Qeyd edək ki, Byorn Kuypers Avropa çempionatının final oyununda da baş hakim olub. İtaliya seçməsi həlledici görüşdə İngiltərəni penaltilər seriyasında məğlub edib.

Kuypers AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş Danimarka və Çexiya komandaları arasında 1/4 final qarşılaşmasını da idarə edib.

Son xəbərlər

Orphus sistemi