AVRO-2020: Final oyununda meydana azarkeş girdi

AVRO-2020: Final oyununda meydana azarkeş girdi Futbol üzrə Avropa çempionatında İtaliya və İngiltərə yığmaları arasında keçirilən final oyununda meydana azarkeş girib.
Futbol
12 İyul , 2021 01:14
AVRO-2020: Final oyununda meydana azarkeş girdi

Futbol üzrə Avropa çempionatında İtaliya və İngiltərə yığmaları arasında keçirilən final oyununda meydana azarkeş girib.

"Report"un məlumatına görə, 87-ci dəqiqədə naməlum fanat İngiltərə millisinin qapısı tərəfdən mərkəzə qaçmağa başlayıb. Daha sonra o, futbolkasını əynindən çıxararaq, 3 stüard arasında bir dəqiqəyədək qaçıb.

"Uembli" stadionunun təhlükəsizlik xidməti əməkdaşları qayda pozucusunu neytrallaşdıra və meydandan çıxara bilib.

Qeyd edək ki, hazırda əlavə vaxt oynanılır, hesab bərabərdir - 1:1.

Son xəbərlər

Orphus sistemi