AVRO-2020: Ən yaxşı oyunçu məlum oldu

AVRO-2020: Ən yaxşı oyunçu məlum oldu Avropa çempionatının ən yaxşı oyunçusunun adı bəlli olub.
Futbol
12 İyul , 2021 04:19
AVRO-2020: Ən yaxşı oyunçu məlum oldu
Canluici Donnarumma

Avropa çempionatının ən yaxşı oyunçusunun adı bəlli olub.

"Report", xəbər verir ki, bu, İtaliya millisinin qapıçısı Canluici Donnarummadır. O, turnir ərzində keçirdiyi yeddi matç ərzində qapısında cəmi dörd top buraxıb, İspaniya ilə yarımfinal və İngiltərə ilə final görüşlərindəki penaltilər seriyasında əsas qəhrəman olub.

Qeyd edək ki, AVRO-2020-nin qalibi İtaliya millisi olub. Londonda İngiltərə ilə 1:1 başa çatan görüşün qalibi penaltilər seriyasında müəyyənləşib - 3:2.

Son xəbərlər

Orphus sistemi