AVRO-2020: Ən sürətli futbolçular məlum oldu

AVRO-2020: Ən sürətli futbolçular məlum oldu Avropa çempionatının ən sürətli 5 futbolçusunun siyahısı açıqlanıb.
Futbol
17 İyun , 2021 09:32
AVRO-2020: Ən sürətli futbolçular məlum oldu

Avropa çempionatının ən sürətli 5 futbolçusunun siyahısı açıqlanıb.

"Report"un UEFA-nın rəsmi tvitter səhifəsinə istinadən məlumatına görə, birinci pillədə İtaliya yığmasının müdafiəçisi Leonardo Spinatsola qərarlaşıb. 28 yaşlı cinah oyunçusunun sürəti 33,8 km/saatdır.

Onu Uels yığmasının yarımmüdafiəçisi Daniel Ceyms (33,5 km/saat) təqib edir. "3-lüy"ü İngiltərə millisinin hücumçusu Rəhim Sterlinq (33,1 km/saat) qapayır.

5 ən sürətli futbolçu siyahısına İsveçrə yığmasından Bril Embolo (32,8 km/saat) və İtaliyanın daha bir təmsilçisi Covanni Di Lorentso (32,6 km/saat) da düşüb.

Son xəbərlər

Orphus sistemi