AVRO-2020: Çexiya millisinin kapitanı Bakıdakı matçda oynaya biləcək

AVRO-2020: Çexiya millisinin kapitanı Bakıdakı matçda oynaya biləcək Çexiya millisinin kapitanı Vladimir Darida zədəsini sağaldıb.
Futbol
129
30 İyun , 2021 18:49
AVRO-2020: Çexiya millisinin kapitanı Bakıdakı matçda oynaya biləcək
Vladimir Darida

Çexiya millisinin kapitanı Vladimir Darida zədəsini sağaldıb.

"Report" "Tipsbladet" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Avropa çempionatının 1/4 final mərhələsində Bakıda Danimarka seçməsinə qarşı oyunda iştirak edə biləcək.

Almaniyanın "Herta" klubundan yığmaya cəlb edilmiş oyunçu artıq komanda ilə məşqlərə qayıdıb.

Daridadan başqa cinah müdafiəçisi Yan Borjil də növbəti görüşdə meydanda olacaq. Hər iki futbolçu Niderlandı 2:0 hesabı ilə məğlub etdikləri 1/8 final matçını buraxıb. Darida zədə səbəbindən, Borjil isə sarı vərəqə limitini doldurduğu üçün komandasına kömək edə bilməyib.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi