AVRO-2020: Bakıdakı oyunda qaçqınlarla bağlı video göstəriləcək

AVRO-2020: Bakıdakı oyunda qaçqınlarla bağlı video göstəriləcək UEFA Avropa çempionatının A qrupunun İtaliya - Uels və İsveçrə - Türkiyə oyunlarından öncə maraqlı aksiya təşkil edəcək
Futbol
18 İyun , 2021 17:32
AVRO-2020: Bakıdakı oyunda qaçqınlarla bağlı video göstəriləcək

UEFA Avropa çempionatının A qrupunun İtaliya - Uels və İsveçrə - Türkiyə oyunlarından öncə maraqlı aksiya təşkil edəcək.

"Report"un məlumatına görə, qitə futbol qurumu matçların oynanılacağı "Olimpiko" və Bakı Olimpiya Stadionunda Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı hazırladığı videonu nümayiş etdirəcək.

Həmçinin qaçqın uşaqlardan ibarət komanda İtaliya Futbol Federasiyasının təşəbbüsü ilə Romadakı qarşılaşmada UEFA-nın qonağı olacaq.

Qeyd edək ki, iyunun 20-də keçiriləcək oyunlar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi