AVRO-2020: Bakıdakı ilk oyunun təyinatları açıqlandı

AVRO-2020: Bakıdakı ilk oyunun təyinatları açıqlandı Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək ilk oyunu üçün təyinatlar açıqlanıb.
Futbol
10 İyun , 2021 12:12
AVRO-2020: Bakıdakı ilk oyunun təyinatları açıqlandı
Kleman Türpen

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək Uels - İsveçrə oyunu üçün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşma Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Kleman Türpenə Nikolya Dano və Siril Qrenqor köməklik göstərəcək. 4-cü hakim funksiyasını serbiyalı Srcan Yovanoviç yerinə yetirəcək. VAR hakimi isə fransalı Fransua Leteksyedir.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - İsveçrə matçı saat 17:00-da başlayacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək olacaq. Bakıda həmçinin Türkiyə - Uels və Türkiyə - İsveçrə oyunları, eləcə də 1/4 final mərhələsinin 1 görüşü təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi