Bakıda futbol üzrə Avropa çempionatı ilə bağlı personajların növbəti paradı keçirilib.
"Report"un məlumatına görə, tədbir şəhərin müxtəlif hissələrində baş tutub. Paradda Türkiyə, İsveçrə və Uels yığmalarını təmsil edən rəqqaslar, musiqiçilər, maskotlar və azarkeşlər iştirak edib.
Qeyd edək ki, Bakıda AVRO-2020-nin A qrupunun iki görüşü artıq oynanılıb. Bakı Olimpiya Stadionunda təşkil olunan Uels - İsveçrə matçı 1:1, Türkiyə - Uels qarşılaşması isə 0:2 hesabı ilə başa çatıb. BOS bu qrupun sonuncu - İsveçrə - Türkiyə oyununa, həmçinin 1/4 finalın bir qarşılamasına da ev sahibliyi edəcək.