AVRO-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb

AVRO-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb 1/4 final matçı iyunun 4-də olacaq
Futbol
1481
24 May , 2018 17:59
AVRO-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb

Bakı. 24 may. REPORT.AZ/ UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarının tarixlərini açıqlayıb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq 4 matçın da vaxtı müəyyənləşib.

Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır. UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda keçiriləcək A qrupunun 3 oyunu, müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi