AVRO-2020: Bakıda açılış mərasimi təşkil olundu

AVRO-2020: Bakıda açılış mərasimi təşkil olundu Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununun açılış mərasimi keçirilib.
Futbol
1467
12 İyun , 2021 16:52
AVRO-2020: Bakıda açılış mərasimi təşkil olundu

Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyununun açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, ilk olaraq meydanın mərkəzində böyük pankart açılıb və AVRO-2020-nin rəsmi himni səsləndirilib.

Daha sonra hər iki yığma komandanın nəhəng formaları təqdim edilib.

Qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi