AVRO-2020: Avstriya Şimali Makedoniyaya qalib gəldi

AVRO-2020: Avstriya Şimali Makedoniyaya qalib gəldi Futbol üzrə Avropa çempionatında C qrupunun ilk oyunu keçirilib.
Futbol
13 İyun , 2021 21:52
AVRO-2020: Avstriya Şimali Makedoniyaya qalib gəldi

Futbol üzrə Avropa çempionatında C qrupunun ilk oyunu keçirilib.

"Report"un məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdəki Milli Arenada Avstriya və Şimali Makedoniya yığmaları üz-üzə gəlib.

Hesabı 18-ci dəqiqədə Ştefan Layner açıb. Bundan 10 dəqiqədə sonra Qoran Pandev Şimali Makedoniya millisinin mötəbər yarışda ilk qolunu vurub. Lakin 78-ci dəqiqədə Mixael Qreqoriç, 89-cu dəqiqədə isə Marko Arnautoviç fərqlənərək, Avstriya yığmasının 3:1 hesablı qələbəsini təmin edib.

Qeyd edək ki, C qrupunda ilk turun digər oyunu bu gün Niderland və Ukrayna milliləri arasında olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma "Amsterdam Arena"da keçiriləcək. Görüşü almaniyalı referi Feliks Brıx idarə edəcək.

Son xəbərlər

Orphus sistemi